
İKİ YOL
İKİ YOL
Orda Şuşa qalası gözləyir yolumuzu
Burda “Şuşa” restoranı.
Birinə getməyə qeyrətimiz şatmır,
birinə getməyə pulumuz.
Birtəhər, güc-bəlayla
Sudan çıxır qurumuz.
Gah fələyi yamanlayırıq,gah özümüzü.
Bizə bu da azdı, deyirik.
Çətinə düşəndə sözümüzü yeyirik.
Dinəndə, önə çəkirik, Koroğlunu, Babəki.
Dabana da tüpürürük,
Canımız sağ olsun təki!
Bizimki odu ki, yeri gəldi-gəlmədi,
Kükrəyək-coşaq.
Sözümüzə söz çatdırmaq olmur,
Lağımıza, lağ.
Qarşımızda bir səhifə var-
Qeyrət səhifəsi-Dümağ!..
Orda Şuşa qalası gözləyir yolumuzu,
Burda “Şuşa” restoranı...



