
SƏNİN GÖZLƏRİNİN ALLAHI YOXDUR
SƏNİN GÖZLƏRİNİN ALLAHI YOXDUR
Ömür səhifəmə yüz qara salır
Aparıb yolumu, düz qara salır,
Məni dirigözlü odlara salır
Sənin gözlərinin allahı yoxdur.
Ürəyim aldanır, yanılır hər gün Gəmim bir limana yan alır hər gün Qan tökür, ev yıxır, can alır hər gün Sənin gözlərinin allahı yoxdur. Küləklər sovurdu, külüm varmı ki, Bu zülmə bərabər zülüm varmı ki, Gözlərin o qədər zülümkardı ki, Sənin gözlərinin allahı yoxdur. Xumardı, sərxoşdu, qanlar içibdir, Bəxtəvər başına sənət seçibdri, Bütün cəlladları vurub keçibdir, Sənin gözlərinin allahı yoxdur. İşvəyə dəm verər, naza dəm verər, Sevinc istəyərsən, gülüb, qəm verər. Salar məhbəslərə, min sitəm verər, Sənin gözlərinin allahı yoxdur. Ürək, yüz yerimdən dağ çəkib, deyər Dərdini qul çəkib, şah çəkib, deyər. Çoxları, mənim tək ah çəkib, deyər: Sənin gözlərinin allahı yoxdur!



